Dünya

İranda poladəritmə zavodunda partlayış olub, 3 nəfər yaralanıb

İranın İsfahan şəhərində poladəritmə zavodunda partlayış nəticəsində 26, 28 və 58 yaşlarında 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bunu “Mehr” agentliyinə İsfahan əyaləti Fövqəladə Hallar Mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.
Onun sözlərinə görə, qəza qızdırıcı sobadakı partlayış nəticəsində baş verib.
A.Abedi yaralıların İsfahandakı Hatəmül-Ənbiya hospitalına yerləşdirildiyini deyib.
Qəzanın səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button