Dünya

İranın nüvə proqramına dair danışıqların daha bir mərhələsi başlayır

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planını (JCPOA) yenidən icraata qaytarmaq barədə danışıqlar əyani formatda Vyanada iyunun 12-dən davam etdiriləcək.
“Report” xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bu barədə açıqlamasında Çin, Fransa, Almaniya, Rusiya, Birləşmiş Krallıq, İran daimi nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlara Aİ ali nümayəndəsi Josep Borrelin adından EEAS siyasi direktoru Enrik Mora sədrlik edəcək. Danışıqlarda JCPOA-ya ABŞ-ın qayıtması imkanları və bu planın tam, səmərəli icrası yolları müzakirə olunacaq.
Qeyd edək ki, JCPOA-nın ilkin variantda bərpa olunmasına dair danışıqlar aprel ayından aparılır. Ekspert qrupları tərəfindən JCPOA-nın bərpası çərçivəsində İrana qarşı sanksiyaların ləğv olunması və həmin ölkənin sözügedən sənəddə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməsilə bağlı çalışmalar aparılır.
Həmçinin 2018-ci ildən JCPOA-nı tərk edən, indi isə qayıtmağı düşünən ABŞ nümayəndələri ilə JCPOA üzv ölkələr arasında danışıqlar da davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button