Dünya

İraqda 2 terrorçu məhv edildi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında, Qara ərazisində PKK-nın iki terrorçusunu zərərsizləşdirib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.
“Türkiyə İraqın şimalında terrorçuların mövqelərinə effektiv zərbələr endirməyə davam edir. Türkiyənin Hərbi Hava Qüvvələri uğurlu hava əməliyyatı nəticəsində Qara ərazisində PKK-nın iki terrorçusunu zərərsizləşdirib”, – xəbərdə deyilir.
PKK silahlılarının obyektlərinə hücumlar Pençe Şimşek əməliyyatının davam etdiyi Metin bölgəsində olub.
Qeyd edək ki, PKK terrorçuları Türkiyədə bir sıra qanlı terror aktları həyata keçiriblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button