Dünya

İraqın şimalında terrorçular zərərsizləşdirilib | Report.az

İraqın şimalındakı mağaralardan birində terrorçularla döyüşün gedişatında Türkiyənin xüsusi təyinatlı dəstəsi PKK-nın 6 silahlısını zərərsizləşdirib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
“Avaşin-Basyan ərazisində mağaralardan birində keçirilən əməliyyatın gedişatında daha bir PKK terrorçusu zərərsizləşdirilib. Beləliklə, Türkiyənin xüsusi təyinatlı dəstəsinin zərərsizləşdirdiyi terrorçuların sayı 6 nəfərə çatıb”, – xəbərdə deyilir.
Qeyd edilir ki, Avaşin-Basyanda terrorçuluğa qarşı əməliyyat davam edir.
Daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Avaşin-Basyan ərazisində mağarada 5 terrorçunun məhv edilməsi haqqında məlumat yayıb. Türkiyənin hərbi aviasiyası həmçinin İraqın şimalındakı Qara ərazisində də PKK-nın 8 terrorçusunu məhv edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button