İqtisadiyyat

“İşğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası növbəti illərdə prioritet istiqamətlərdən olacaq”

“İşğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası növbəti illərdə prioritet istiqamətlərdən biri olacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ümumiyyətlə, investisiya proqramları ilə bağlı qəbul edilən layihələrin gələcəkdə saxlanılması xərcləri də nəzərə alınmalıdır: “Yeni modellərə keçid məsələsi burada qaldırılmışdı, bunlara baxılmalıdır. Burada həssas çıxışlara baxmayaraq, bildirim ki, qaldırılan bütün məsələlərə cavab verilir. Deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button