İqtisadiyyat

İşğaldan azad edilmiş torpaqlardakı yataqlar beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır

İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır.
“APA-Economics” xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata yazılı açıqlamasında deyilir.
“Məlum olduğu kimi, Qarabağ regionunun böyük iqtisadi potensialı var. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq”, – Z. İbrahimov qeyd edib.
Onun sözlərinə görə, yerli dağ-mədən sahəsində hasilatçı şirkətlərin sayının artması “AzerGold” QSC-niny fəaliyyəti üçün əlavə stimul olmaqla yanaşı, sağlam rəqabət mühitində hədəflərimizin daha da yüksəldilməsini təşviq edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button