Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button