İqtisadiyyat

“İşğaldan azad olunmuş bütün ərazilərdə keyfiyyətli su təminatını nəzərdə tuturuq”

“İşğaldan azad olunmuş ərazilərdə insanlar məskunlaşmalıdır. Bununla bağlı planlar hazırlanır”.
APA-nın məlumatına görə, bunu bu gün Ağdam şəhərində səfərdə olan Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Baş nazirin müavini deyib ki, Ağdam şəhərinin Baş Planı artıq Prezident tərəfindən təsdiq olunub: “Ağdam təxminən 100 min əhalisi olan bir şəhər olacaq. Təbii ki, Ağdam şəhərinin də içməli su təminatı olmalıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilərdə keyfiyyətli su təminatını nəzərdə tuturuq. İlk olaraq Ağdam şəhəri tikilir. Artıq məktəb binası və digər binaların tikintisinə başlanıb. Biz də su məsələləri ilə məşğul olan Komissiya kimi bu işləri paralel, əlaqələndirilmiş şəkildə aparmağa çalışırıq ki, əhali məskunlaşdıqca infrastrukturla təmin olunsun. Yəni həm yol, nəqliyyat, həm elektrik, həm sosial məsələlər, o cümlədən su təminatı yüksək səviyyədə təmin edilsin, Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad olunmuş ərazilər nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevrilsin. Prezidentin rəhbərliyi altında biz bu istiqamətdə əlimizdən gələni edirik”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button