Cəmiyyət

İsmayıllıda avtomobil ağaca çırpılıb, sürücü ölüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı – Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İsmayıllı rayonu, Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı ağır bədən xəsarətləri alan Qəşəm Qafarov dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button