Cəmiyyət

İsmayıllıda qaydaları pozan sürücülər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, həyata keçirilən növbəti tədbir zamanı avtomobillərini müəyyən edilməyən yerlərdə park edən sürücülərlə izahedici söhbətlər aparıb.
Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.
Həmin sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button