İdman

İspaniya futbol millisinin heyəti açıqlanıb

İspaniya futbol millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin iştirakçısı olan 6 futbolçu Olimpiadada da çıxış edəcək.
Bunlar Unay Simon, Erik Qarsiya, Pau Torres, Pedri, Dani Olmo və Mikel Oyarsabaldır. İlkin heyətdə adı olan Serxio Ramos, Jerar Pike, Serxi Buskets, Jordi Alba, Serxi Roberto isə Tokioya aparılacaq komandadan kənarda qalıb.
Qeyd edək ki, AVRO-2020-yə iyulun 11-də yekun vurulacaq, Tokio-2020 iyulun 23-də başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button