İdman

İspaniya La Liqasında mövsümün simvolik “11-li”yi açıqlanıb

İspaniya La Liqasında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, simvolik “11-liy”ə ən çox “Atletiko”nun futbolçuları düşüb.
Mövsümü çempion kimi başa vuran Madrid təmsilçisinin 5 üzvü rəmzi komandada yer alıb. Digər nəhənglərdən “Real” 3 oyunçu ilə təmsil olunubsa, “Barselona”dan yalnız kapitan Lionel Messi heyətdə özünə yer edə bilib.
Qapıçı: Yan Oblak (“Atletiko”)Mərkəz müdafiəçiləri: Stefan Saviç, Mario Ermoso (hər ikisi “Atletiko”)Sol cinah müdafiəçisi: Ferlan Mendi (“Real”)Sağ cinah müdafiəçisi: Xesus Navas (“Sevilya”)Orta sahə oyunçuları: Markos Lyorente (“Atletiko”), Luka Modriç (“Real”)Pleymeyker: Lionel Messi (“Barselona”)Hücumçular: Jerard Moreno (“Vilyarreal”), Luis Suares (“Atletiko”), Kərim Benzema (“Real”).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button