Dünya

İspaniyada açıq məkanlarda maska taxmaq qaydası ləğv olunub

Bu gündən İspaniyada açıq məkanlarda qoruyucu maska taxmaq qaydası ləğv olunub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin iyul ayında tətbiq edilən bu qayda pandemiya vəziyyətinin xeyli yaxşılaşması və peyvəndləmə işlərinin genişlənməsi ilə bağlı aradan qaldırılıb.
Qeyd edək ki, 100 avro məbləğində cərimə tətbiq edilən bu qayda yalnız sağlamlığı ilə əlaqədar maska taxa bilməyənlərə, idman edənlərə və 6 yaşınadək uşaqlara şamil olunmurdu.
Bundan belə, qoruyucu maska taxmaq qapalı məkanlarda, eləcə də 1,5 m sosial məsafə saxlamaq mümkün olmayan izdihamlı yerlərdə mütləqdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button