Mədəniyyət

İspaniyanın məşhur komik aktyoru vəfat edib

İspaniyanın məşhur komik aktyoru Xuan Xoyya Borxa dünyasını dəyişib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, o, 65 yaşında vəfat edib.

Aktyor Sevilyadakı Virhen del Rosio universitet xəstəxanasına yerləşdirilib. Lakin aprelin 28-də vəfat edib. Onun ölümünün səbəbi məlum deyil.

Borxa 2000-ci illərdə “El vagamundo” tok-şousundə yumoristik hekayələri ilə tanınmağa başlayıb. Xuan Xoyya Borxa təkcə İspaniyada deyil, həm də bütün dünyada bir sıra komik videoçarxları, xüsusən gözləri yaşarıncaya qədər gülməyi ilə məşhurlaşıb. Buna görə də aktyora “Qəhqəhə” ləqəbi verilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button