Dünya

İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib

İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın kiber bölməsinin üç üzvünün olduğu qərargaha zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
“İsrailin Müdafiə Ordusu və ordunun hərbi kəşfiyyatı Qəzzada HƏMAS-ın operativ sığınacağında olan üç döyüşçünü zərərsizləşdirib. Hədəfə İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən zərbə endirilib”, – hərbçilərin xəbərində deyilir.
Hərbçilər qeyd ediblər ki, qərargah İsrailə qarşı kiberhücumlar üçün istifadə olunub.
Qeyd edək ki, İsrailin və Qəzza sektorunun sərhədində vəziyyət mayın 10-da axşam daha da gərginləşib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button