Dünya

İsrail kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlayır

“İsrail internetdəki kibertəhdidlərə qarşı qlobal kiberqalxan hazırlamağa başlayıb”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu bu gün Təl-Əviv Universitetində keçirilən “Cyber Week” konfransında İsrailin baş naziri Naftali Bennet səsləndirib.
Onun sözlərinə görə, söhbət qlobal şəbəkənin real vaxtda onlayn qorunmasından gedir: “Bu baxımdan təşəbbüs çərçivəsində dünyadakı həmfikir ölkələrin tərəfdaş hökumətləri kibertəhlükəsizlik sahəsindəki təhdidləri ortaq şəkildə müəyyən edəcəklər, həmçinin kiberhücumların qarşısını almaq və onları araşdırmaq, kibertəhdidlərə qarşı “peyvənd” yaratmaq üçün həll yolları hazırlayacaqlar. Tək mübarizə aparmağa çalışsan, uduzacaqsan. Birlikdə mübarizə aparsaq, qazanacağıq”.
“Bütün yaxşı dövlətləri kibertəhdidlərə qarşı mübarizədə qüvvələri birləşdirməyə dəvət edirik”, – İsrailin Baş naziri bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button