Dünya

İsrail Qəzzada atəşin dayandırılması barədə qərar qəbul edib

İsrailin Nazirlər Kabineti Qəzza sektoruna zərbələrin dayandırılması barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, bu barədə yerli televiziya məlumat yayıb.
Qeyd edək ki, İsraillə anklavın sərhədində vəziyyət mayın əvvəllərində pisləşib. Şərqi Qüdsün Şeyx-Carrah rayonunda bir neçə fələstinli ailə ilə İsrailin polis əməkdaşları arasında baş verən toqquşmalar hərbi əməliyyatlarla nəticələnib.
Raket zərbələri, habelə digər hərbi əməliyyatlar nəticəsində İsrail tərəfdən 12 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb. Fələstin isə İsrailin hava zərbələri nəticəsində ölənlərin sayının 230 nəfərə çatdığını, 1,7 min nəfərdən çox insanın yaralandığını açıqlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button