Dünya

İsrail və BƏƏ iqtisadi sahədə əməkdaşlıq edəcək

İsrailin xarici işlər naziri Yair Lapid və Birləşmiş Ərəb Əmirliyin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed Əl Nahyan Əbu-Dabidəki danışıqlardan sonra iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığa dair saziş imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Qeyd olunub ki, saziş hər iki ölkənin hökumətləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və uzadılması ehtimalı ilə beş il müddətinə etibarlı olacaq.
Bundan başqa tərəflər, müqavilənin həyata keçirilməsini asanlaşdıracaq, ticarət əlaqələrini genişləndirmək üçün yarana biləcək maneələri aradan qaldırmaq yollarını araşdıracaq ortaq iqtisadi komissiya yaradılmasına dair qərar qəbul ediblər.
Hər iki ölkənin iqtisadiyyat nazirlikləri razılaşmanın koordinatoru kimi çıxış edəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button