Dünya

İsraildə koronavirusla bağlı karantin müddəti qısaldılıb

İsrailin Koronavirusla mübarizə kabineti neqativ test nəticələrinə malik şəxslər üçün karantin müddətinin 7 günədək azaldılması qərarını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsrail hökuməti dəftərxanasının rəhbəri məlumat verib.
“Karantin müddətinin qısaldılması dedikdə 7-ci gün test verdikdən və neqativ nəticə aldıqdan sonra karantindən azad edilmə nəzərdə tutulur. Eyni zamanda, karantin qaydalarını pozan şəxslərə qarşı ehtiyat tədbirləri gücləndiriləcəkdir”, – məlumatda deyilir.
Bununla maska taxılması, həmçinin vaksinləmə və böyük tədbirlər zamanı ehtiyat tədbirlərinə riayət məsələlərinə nəzarəti gücləndirmək barədə qərar qəbul olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button