Dünya

İsrailin baş naziri COVID-19-la bağlı əhaliyə müraciət etdi

“İsrail vətəndaşlarına müraciət edirəm. Qapalı yerlərdə maska ​​taxın. Bu işə yarayır”.
“Report” xəbər verir ki, bu sözlər İsrailin baş naziri Naftali Bennetin əhaliyə müraciətində yer alıb.
Onun sözlərinə görə, əhali koronavirusla bağlı göstərişlərə əməl etməsə, təhlükəli virusa yoluxanların sayı artacaq:
“Nəticədə Nazirlər Kabineti bəzi məhdudiyyətlərin qaytarılması ehtimalını nəzərdən keçirəcək. Bu məqsədlə, zərurət yaranarsa, koronavirusla mübarizə üzrə hökumət komissiyasının iclası çağırılacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button