İdman

İsrailli futbolçunun həyat yoldaşı və uşaqlarının əllərini bağlayıb, evini qarət ediblər

Niderlandın PSV klubunun yarımmüdafiəçisi Eran Zahavi xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, israilli futbolçu klubun bazasında olarkən evi qarət olunub.
Soyğunçular 34 yaşlı hücumameyilli oyunçunun evinə girərək, həyat yoldaşı ilə uşaqlarının əllərini və ağzını bağlayıblar. Bundan sonra qiymətli əşyaları və pulları götürərək yoxa çıxıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, bu yaxınlarda “Benfika”nın müdafiəçisi Yan Vertongenin də ailəsi soyğunçular tərəfindən hədələnib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button