İqtisadiyyat

İstanbul Bakı metropoliteninin təcrübəsindən faydalana bilər

Türkiyənin İstanbul şəhərinin metrosu Bakı metropoliteninin qabaqcıl təcrübəsindən faydalana bilər.
“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bunu Bakıda səfərdə olan İstanbul metropoliteninin baş direktoru Özgür Soy “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla görüşü zamanı deyib.
Ö. Soy QSC-nin təlim-tədris mərkəzi ilə tanışlıq zamanı həm kadr, həm də bir sıra spesifik sahələrdə Bakı metropoliteninin təcrübəsinə ehtiyaclarını və məmnuniyyətlə sürəkli əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb.
Görüş “Nərimanov” elektrik deposunda davam edib. İki metropolitendə istismar olunan vaqonlar və vaqonaltı avadanlıqlar, hərəkət sistemlərinin fərqləri geniş və maraqlı fikir mübadiləsi predmeti olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button