Dünya

İstanbulda terror törətmək istəyən 2 nəfər tutulub

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər saxlanılıb.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.
İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər.
Bildirilib ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar.
İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında Esenyurda fəaliyyət göstəriblər. Onlar İstanbulun 4 rayonunda 4 fərqli yerdə terror hücumu keçirməyi planlaşdırırmış.
2 nəfərin istintaqı davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button