İdman

İsveç ilk qolla ilk qələbəsini qazanıb

AVRO-2020-nin qrup mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, qitə çempionatının 8-ci oyun gününə start verilib.
E qrupunda II turun ilk matçı Sankt-Peterburqda keçirilib. İlk görüşündə İspaniya ilə qolsuz heç-heçə edən İsveç yığması Slovakiyanı sınağa çəkib.
I turda Polşa üzərində gözlənilməz qələbə qazanan slovakiyalılar bu matça qələbə qazanaraq 1/8 finala yüksəlmək arzusu ilə çıxıb. Ştefan Tarkoviçin yetirmələri topa daha çox nəzarət etsə də, skandinaviyalıların azsaylı hücumları daha yaddaqalan olub. Yanne Andersonun komandası 77-ci dəqiqədə hesabı açıb. Emil Forsberq isveçlilərin AVRO-2020-dəki ilk qoluna imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.
AVRO-2020II tur, 18 iyunE qrupu17:00. İsveç – Slovakiya – 1:0Qol: Emil Forsberq, 77 (pen.)Baş hakim: Daniel Zibert (Almaniya)“Sankt-Peterburq” stadionu

1

İsveç

2

1

1

0

1-0

4

2

Slovakiya

2

1

0

1

2-2

3

3

İspaniya

1

0

1

0

0-0

1

4

Polşa

1

0

0

1

1-2

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button