İdman

İsveç millisinin kapitanı yığma karyerasını bitirib

İsveç millisinin kapitanı Sebastyan Larsson yığma karyerasını bitirib.
Apasport.az saytının məlumatına görə, bunu futbolçunun özü sosial şəbəkədəki səhifəsində açıqlayıb.
Larsson bir daha milli formasını geyinməyəcəyi qeyd edib. Bununla da 36 yaşlı futbolçunun 13 illik yığma karyerası başa çatıb.
O, yığmanın heyətində bir dünya və dörd qitə çempionatında forma geyinib. Larsson DÇ-2018, AVRO-2008, AVRO-2012, AVRO-2016 və AVRO-2020-nin iştirakçısıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button