Dünya

İsveçin baş naziri istefa verib

İsveç Baş naziri Stefan Löven parlamentin sədrinə istefaya getdiyini söyləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti rəhbəri bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Sədrdən məni baş nazir vəzifəsindən azad etməyi xahiş etdim. Spiker yeni hökumət formalaşdırmağa çalışacaq”, – o deyib.
Qeyd edək ki, iyunun 17-də populist İsveç Demokratları Partiyası baş nazirə etimad məsələsi üzrə parlament səsverməsi keçirilməsini tələb etmişdi. Daha əvvəl isə Solçu Partiyanın lideri Nuşi Dadqostar hökumətin yeni evlərdə kirayə mənzillərə bazar qiymətlərini tətbiq etmək təklifinə görə Lövenə etibar etmədiyini söyləmişdi. İyunun 21-də parlamentdə Lövenə etimad məsələsi üzrə səsvermə keçirilib və deputatlardan əksəriyyəti – 349 nəfərdən 181-i hökumət başçısına etimad göstərmədiyini bildirib. Bundan sonra onun iki seçim variantı var idi – istefaya getmək və ya növbədənkənar seçkilər elan etmək. Göründüyü kimi, Löven birincini seçib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button