Dünya

İtaliya hərbçilərini Əfqanıstandan çıxarır |

NATO missiyası tərkibində xidmət göstərən İtaliya hərbi kontingenti yaxın həftələrdə tamamilə bu ölkədən çıxarılacaq.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“La Stampa” qəzeti yazır ki, Əfqanıstanda qalan 800 hərbçinin 20%-i artıq öz evinə qayıdıb.
Xatırladaq ki, sayı 900 nəfərdən çox olan İtaliya kontingenti təxminən 20 il ərzində üç missiyanın tərkibində Əfqanıstanda xidmət göstərib. İtaliya hakimiyyəti dəfələrlə hərbi iştirakı sonlandırmağa cəhd göstərsə də, hərbçilərin ölkədən çıxarılması hər dəfə ABŞ-ın xahişi ilə təxirə salınıb. Ötən müddət ərzində Əfqanıstanda 54 italiyalı hərbçi həlak olub. Kontingentin çıxarılması ABŞ prezidenti Co Bayden və NATO rəhbərliyi tərəfindən daha əvvəl qəbul edilmiş qərara uyğun olaraq həyata keçirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button