İdman

İtaliya millisi Tarixi rekordunu təkrarlayıb

İtaliya milli komandası tarixinin rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb.
Bu, AVRO-2020-nin III turunun Uelslə matçında rəsmiləşib. 1:0 hesablı qələbə ilə seriya 30 oyuna yüksəlib.
Appeninlilər sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin gün İtaliya Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.
Bu, İtaliya millisinin tarixinin rekordunun təkrarıdır. 1935-39-cu illərdə Vittorio Potsonun yetirmələri də 30 matçda uduzmayıb.
İtaliya millisi həm də ardıcıl 11-ci quru hesablı qələbəsini qazanıb. Ötən il oktyabrın 14-də Niderlandla görüşdən (1:1) sonra “Skuadra Adzurra”nın qapısı toxunulmazdır.
Qeyd edək ki, məğlubiyyətsizlikdə dünya rekordu İspaniyaya məxsusdur. Onlar 2007-09-cu illərdə 35 matçda uduzmayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button