İqtisadiyyat

İtaliyada yoxsulluq rekord səviyyəyə çatıb

Ötən il İtaliyada mütləq yoxsulluqda (həddindən artıq yoxsulluq) yaşayanların sayı (ölkənin bölgəsindən asılı olaraq adambaşına düşən aylıq gəlirin 569,56 avrodan 839,78 avroyadək olması) bu cür statistikanın aparılmasına başladığı 2005-ci ildən bəri ən yüksək həddə.
“APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutunun açıqlamasında deyilir.
2020-ci ildə İtaliyada mütləq yoxsulluq şəraitində 5,6 milyondan çox insan (ümumi əhali sayının 9,4%-i) və 2 milyondan çox ailə (7,7%) var idi. Bu, 2019-cu ilin göstəricilərindən müvafiq olaraq 1,7 faiz bəndi və 1,3 faiz bəndi çoxdur.
İtaliyada nisbi yoxsulluq (ikinəfərlik ailənin xərcinin 1 001,86 avrodan az olması) şəraitində yaşayan ailələrin sayı isə ötən il 2,6 milyondan çox olub ki, bu da 2019-cu ilin göstəricisindən 1,3 faiz bəndi azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button