Gündəm

İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyən edilib

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

Bu barədə APA-ya acıqlama verən Ə.Yusifovun atası Sülhəddin Yusifov bildirib ki, bu gün rayon hərbi komissarlığından oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

7 aydır itkin düşən şəhid zabitimiz Ə.Yusifov NMR-in Şərur rayonunun Oğuz kəndindən olub.

Allah Rəhmət Eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button