Cəmiyyət

İyirmi altı müəllim peşə məktəblərində işə qəbul edilib

Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, onlayn təşkil edilən müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib.
Seçim zamanı namizədin ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib.
Müsahibədə uğur qazanmış 26 müəllim ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair müsbət rəy verilib. Müsahibənin nəticələri barədə müvafiq məlumatlar namizədlərə “SMS” bildiriş vasitəsilə təqdim olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button