Gündəm

İyunun 28-də ictimai nəqliyyat işləyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşıma dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 26 iyun Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günüdür. Amma, Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşıma adi rejimdə icra ediləcək.

Pandemiya dövründə hökumətin qərarı ilə həftə sonları və bayram günlərində Bakıda, adətən, ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən il martın 24-dən karantindir. Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button