İdman

Joao Kanselo koronavirusa yoluxduğu üçün iştirak ərizəsindən çıxarılıb

Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Joao Kanselo AVRO-2020-nin iştirak ərizəsindən çıxarılıb.
Buna səbəb ulduz futbolçunun koronavirusa yoluxmasıdır. Testi pozitiv çıxan “Mançester Siti”nin cinah oyunçusu dərhal karantinə alınıb. Portuqaliya millisində isə onun əvəzinə ötən mövsümü icarə əsasında “Milan”da keçirən “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot dəvət alıb.
Qeyd edək ki, AVRO-2020-nin F qrupunda yer alan Portuqaliya yığması ilk oyununu sabah Macarıstana qarşı keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button