Cəmiyyət

“Jurnalistlərin binası”ndan azyaşlı yıxılaraq ölüb – YENİLƏNİB

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesi 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Report”a Səbail rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.
20:26
Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
“Report”un xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.
Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.
Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button