Gündəm

Kəlbəcər istiqamətində mövqelər atəşə tutulub

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan mütəmadi atəşə tutublar.

Nazirlik qeyd edir ki, həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır.

İyunun 10-da da Ermənistan və Azərbaycan Kəlbəcər istiqamətində atışma olması haqda məlumat yaymışdılar.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button