Dünya

Kabulda partlayış olub, 5 nəfər ölüb, 5-i yaralanıb

Əfqanıstanın paytaxtı Kabuldakı partlayış nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu barədə Kabul Şəhər Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Mayvənd yolunda baş verən hadisə nəticəsində ölənlərin sayının artacağı gözlənilir. Partlayışın xarakteristikası barədə məlumat yayılmayıb.
Hadisənin məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, iyulun 13-də səhər saatlarında naməlum silahlılar Kabul məhkəməsinin 3 yüksək vəzifəli məmurunu və şəhərin Baqra rayonunda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşını güllələyiblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button