Dünya

Kambocada 71 mina və 38 mərmini müəyyənləşdirən siçovul təqaüdə çıxır

Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış “Maqava” ləqəbli siçovul təqaüdə çıxır.
“Report” xəbər verir ki, “BBC News” bildirib.
Məlumata görə, gəmirici beş illik karyerası ərzində Kambocada 71 mina və 38 partlamamış mərminin yerini müəyyənləşdirib.
“Maqava” Belçikada qeydiyyata alınmş “Aroro” xeyriyyə təşkilatında heyvanlara yerüstü minaların aşkar edilməsini öyrədən təlim keçib. Təlimlərdə siçovulları qoxu ilə partlayıcı maddənin mövcudluğunu müəyyən etməyə öyrədirlər, bunun sayəsində onlar adi metal qırıntısına əhəmiyyət vermirlər. Heyvanlar yalnız partlayıcı maddəni tapıb, torpağı qazmağa başlayırlar və bu zaman işlərə artıq insanlar da qoşulurlar. “Maqava” tennis kortu ölçüsündə ərazini cəmi 20 dəqiqə ərzində axtarmağa qadirdir.
“Maqava” özünün parlaq beş illik karyerası ərzində kişilərin, qadınların və uşaqların həyatlarını gizli minalardan və müharibənin başqa öldürücü qalıqlarından birbaşa xilas edib. Onun hər tapıntısı Kamboca sakinləri üçün travmalar və ya ölüm riskini aşağı salırdı”, – təşkilat yazıb.
“Maqava” ötən ilin sentyabrında qəhrəmanlığına görə, PDSA qızıl medalı ilə mükafatlandırılıb. Bu mükafatı heyvanlar üçün “Georgi xaçı” adlandırırlar. O, xeyriyyə təşkilatının 77 illik tarixində mükafat almış ilk siçovuldur. Daha əvvəl itlər, pişiklər, atlar və göyərçinlər bu mükafatları alıb.
“Maqava” yeni təlim keçənləri öyrətmək üçün daha bir neçə həftə qalacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button