Dünya

Kanadada anomal istilər nəticəsində bir kənd məhv olub

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Lutton yaşayış məntəqəsi meşənin təbii yanması nəticəsində məhv olub.
“Report” CBS telekanalına istinadən xəbər verir ki, məlumatı yerli yanğınsöndürmə xidməti yayıb.
Bildirilib ki, kənddəki tikililərin 90 faizi, xüsusilə polis və tibb məntəqələri yanaraq məhv olub. Min nəfərdən çox sakin əvvəlcədən xəbərdar edilmədən kənddən çıxarılıblar. Onların yığışması üçün 15 dəqiqə vaxt verilib.
Regional polis idarəsinin məlumatına görə, sakinlərin bir qismi hələ də əlaqə saxlamayıb.
Bir müddət əvvəl əyalətin icma başçısı Liza Lapoint anomal istilər nəticəsində Britaniya Kolumbiyası əyalətində 500 nəfərin öləcəyini ehtimal etmişdi.
Litton şəhərində havanın temperaturu 49,6 dərəcəydək yüksəlib. Bu, şəhərin tarixində rekord göstərici sayılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button