Dünya

Kanadada atışma olub, ölən və xəsarət alanlar var

Kanadanın Toronto şəhərində atışma olub.
“Report” xəbər verir ki, bu barədə “CBC” telekanalı bildirib.
Məlumata görə, naməlum kişi şəhərin qərb hissəsində avtomobildən düşərək başqa avtomobildə olan sərnişinlərə atəş açıb. Hadisə zamanı beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri sonra xəstəxanada ölüb.
Atışmanın izləri həmçinin yaxınlıqdakı evdə aşkarlanıb, lakin hadisə zamanı heç kim zərər çəkməyib. Qeyd edilir ki, cinayətkar hadisə yerindən qaçaraq gizlənib, hazırda polis onu axtarır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button