Dünya

Kanadada bir həftədə azı 719 nəfər istidən ölüb

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətində anomal istilər azı 719 nəfərin ölümünə səbəb olub. Bu gözlənilən saydan üç dəfə çoxdur.
Bu barədə “Report” “Globalnews”a istinadən xəbər verir.
Qeyd olunub ki, bu qədər insan son bir həftə ərzində ölüb. Dünyasını dəyişənlərin içərisində yaşlı insanlar üstünlük təşkil edir. Ölümlərin qarşısını almaq üçün xüsusi soyuducularla təchiz edilən məntəqələr yaradılıb.

Bundan əvvəl Britaniya Kolumbiyası əyalətində yerləşən Lutton yaşayış məntəqəsi meşə yanğınları nəticəsində tamamilə məhv olub. Mindən çox sakinə 15 dəqiqə ərzində yaşayış məntəqəsini tərk etmək göstərişi verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button