Dünya

Kanadada istilər 30 nəfərin ölümünə səbəb oldu

Kanadanın Bernabi şəhərində anomal istilər nəticəsində son iki gündə təxminən 30 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “CBC” kanalı ölkə polisinə istinad məlumat yayıb.
Qeyd olunub ki, Britaniya Kolumbiyası əyalətində polisə onlarla insanın qəfil ölməsi barədə məlumat daxil olub.
“Ölümlərin çoxunun isti hava şəraitindən qaynaqlandığı düşünülür. Vəfat edənlər arasında yaşlı insanlar üstünlük təşkil edir”.
Qeyd edək ki, 28 iyunda Vankuverdən 150 km məsafədə yerləşən Litton şəhərində havanın temperaturu 47.9 dərəcəyə çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button