Dünya

Kanadada naməlum xəstəlik baş qaldırıb

Kanadanın Nyu-Brunsvik əyalətində nevroloji simptomlara malik naməlum xəstəlik baş qaldırıb. “Report” məlumat verir ki, bu barədə “The New York Times” nəşri xəbər yayıb.
İlk dəfə 2015-ci ildə qeydə alınmış xəstəliyin simptomları əyalətin 48 sakinində aşkarlanıb. Onlardan altısı vəfat edib. Bununla belə, həkimlər hələ də dəqiq diaqnozu müəyyən edə bilmirlər. Belə ki, aşkar edilmiş xəstəliklər arasında dəqiq əlaqə mövcud deyil.
Xəstələrdə xüsusən yuxusuzluq, hərəkət funksiyasının pozulması, qarabasmalar, əzələ ağrıları, sürətlə inkişaf edən kəmağıllıq, depressiya, həyəcanlılıq və görmənin pozulması halları müşahidə olunur. Aparılmış analizlər nəticəsində xəstələrdə beyinin atrofiyası və nevroloji disfunksiya müəyyən edilib.
18-84 yaş arası xəstələr əsasən Nyu-Brunsvik əyalətinin iki rayonunda yaşayırlar. Hazırda həkimlər diaqnoz qoyulması üzərində işləri davam etdirirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button