İqtisadiyyat

“Kapital Bank” hərbçilər üçün güzəştli kredit kampaniyası keçirir

“Kapital Bank” 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 30 iyun tarixinədək güzəştli kredit kampaniyası təqdim edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya müddətində “Kapital Bank”a müraciət edən hərbçilər və güc strukturu əməkdaşları əmək haqqının 20 mislinədək kredit əldə edə bilərlər.
Krediti maksimum 20 000 manat məbləğində olmaqla 2% endirimlə almaq mümkündür. Əmək haqqını istənilən bankdan alan hərbçi və ya güc strukturlarının əməkdaşları nağd pul kreditini maksimum 48 ayadək ala bilərlər. Şərtlərə əsasən kredit götürənlərə “BirKart” hədiyyə olunur.
Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Kredit üçün “Kapital Bank”ın filiallarına yaxınlaşmaq, 8196 qısa nömrəsinə 1 yazıb göndərmək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button