İqtisadiyyat

“Kapital Bank” yeni güzəştli kredit kampaniyasına start verib

“Kapital Bank” əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli şərtlərlə kredit kampaniyası təqdim edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, rəsmi gəliri olan hər kəs, kampaniya çərçivəsində “Kapital Bank”dan hər 1 000 manat kredit üçün, ayda cəmi 33 manat ödəniş edəcək. Üstəlik, onlayn kredit sifarişlərində nağdlaşdırma komissiyası 0% təşkil edir.
Əmək haqqını “Kapital Bank” və ya digər istənilən bankdan alanlar 20 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Şərtlərə əsasən kredit götürənlərə “BirKart” hədiyyə olunur. Kampaniya 31 avqust 2021-ci il tarixinədək davam edəcək.
Kredit üçün www.kapitalbank.az saytına, “BirBank” mobil tətbiqinə, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə, Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə və ya “Kapital Bank”ın filiallarına yaxınlaşaraq müraciət etmək kifayətdir. Ümumi kredit şərtləri barədə ətraflı — https://kbl.az/gtkpr.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button