İqtisadiyyat

Keçən il “Ağ Şəhər” layihəsi çərçivəsində qeyri-yaşayış sahələrinin köçürülməsi üçün 2 milyon manat sərf olunub

Keçən il “Ağ Şəhər” layihəsi çərçivəsində inşaat işləri aparılan ərazilərdə qeyri-yaşayış sahələrinin köçürülməsi üçün sərf olunan vəsait açıqlanıb.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2 milyon manat ayrılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button