Cəmiyyət

Keçmiş məhkumun idman çantasında narkotik aşkarlandı

İdman çantasında heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun narkotik vasitə satması barədə məlumat daxil olub.
Bununla əlaqədar ŞRPŞ əməkdaşlarının keçdikləri əməliyyat-axtarış tədbirləri uğurla nəticələnib.
Belə ki, M.Məmmədovun üzərinə keçirilən şəxsi baxış zamanı gəzdirdiyi idman çantasının içərisindən 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button