İqtisadiyyat

“Keçmiş “Sovetski” sakinlərinin iddialarının əsası yoxdur” – Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

Nazirlikdən  verilən məlumata görə, keçmiş “Sovetski” adlanan ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə vaxtilə alınma və köçürmə işləri torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən  Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunub, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button