İdman

“Keşlə” Azərbaycan kubokunun qalibi olub

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da baş tütüb.
2020/21 mövsümünün son qarşılaşmasında “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib. Matç erkən qolla başlayıb. Miyuşko Boyoviç öz qapısına qol vuraraq sumqayıtlıları hesabda önə çıxarıb.
Lakin buraxılan qoldan sonra toparlanan Bakı klubu fasiləyədək hesabda tarazlıq yaradıb. İkinci hissədə isə Boyoviç yenidən səhnəyə çıxıb. Legioner bu dəfə rəqib qapısına qol vuraraq “Keşlə”ni hesabda irəli çıxarıb.
Bu qələbə paytaxt təmsilçisini tarixində 2-ci dəfə kubokun qalibi edib. Bakılılar 2017/18 mövsümündəki uğurunu təkrarlayıb. “Keşlə” bununla da Konfrans Liqasına da vəsiqə qazanıb. 
“Sumqayıt isə ardıcıl 2-ci dəfə finalda uduzub. İki il öncə olduğu kimi yenə “Gənclik şəhəri” təmsilçisinin arzusunu Sənan Qurbanovun komandası gözündə qoyub. O, 2018/19 mövsümündə “Qəbələ”, bu dəfə “Keşlə” ilə kuboka yiyələnib. Qurbanov ardıcıl iki finalda fərqli klublarla yarışın qalibi olan ilk mütəxəssis kimi tarixə düşüb.
Qeyd edək ki, 2019/20 mövsümü koronavirus səbəbindən başa çatdırılmayıb.
Azərbaycan kubokuFinal24 may (bazar ertəsi)19:30. “Keşlə” – “Sumqayıt” – 2:1Qollar: Şəhriyar Əliyev 37, Miyusko Boyoviç, 57 – Miyusko Boyoviç, 3 (öz qapısına)Baş hakim: Əliyar Ağayev“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael MəhərrəmliEhtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan OmarovBaş məşqçi: Sənan Qurbanov“Sumqayıt”: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman ƏhmədovEhtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi AbdullazadəBaş məşqçi: Ayxan Abbasov“Bank Respublika Arena”

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button