İqtisadiyyat

Kiberdələduzluq faktlarının artması ilə bağlı Azərbaycan istifadəçilərinə xəbərdarlıq olunub

“Kaspersky” şirkəti sosial şəbəkələrdə dələduzluq faktlarının artması ilə bağlı Azərbaycanda sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, belə ki, son zamanlar dələduzlar sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. 
Telefon fırıldaqçıları qurbanları haqqında lazımi məlumatları öncədən toplayır və sosial mühəndislik metodlarından aktiv şəkildə istifadə edirlər. Məsələn, zəng zamanı onlar zəng etdikləri şəxsin adını, soyadını və atasının adını tam düzgün şəkildə söyləyirlər. Dələduzlar hiylə işlədərək qurbanlarından şifrə, bank kartının nömrəsi, PIN kod, CVV kod kimi məlumatların əldə etməyə cəhdlər edirlər. Vacib məqam ondan ibarətdir ki, gerçək bank əməkdaşı heç bir halda kod və şifrəni bildirməyi xahiş etmir. 
Bu baxımdan, yad nömrələrdən, xüsusilə də özünü bank əməkdaşı kimi təqdim edən insanlardan gələn zənglərlə ehtiyatlı davranmaq tövsiyə olunur. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button