İqtisadiyyat

Kinoteatrların mənfəəti bərpa olunsa da, 2024-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə çatmayacaq

COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər azaldıqca kinoteatrların mənfəətinin 2021-ci ildə bərpa ediləcəyi gözlənilir.
“APA-Economics”in məlumatına görə, bu barədə “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin illik icmalında deyilir.
Qeyd olunur ki, bərpa prosesinə baxmayaraq, kinoteatrların mənfəətinin 2024-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə çatmayacağı proqnozlaşdırılır. Ötən il kinoteatrların kassa daxilolmaları 71% azalıb.
Bundan başqa, “PwC” canlı tamaşaların da bərpa olunacağını gözləyir.
İcmalda həmçinin qeyd olunub ki, evdə izləmək üçün mövcud olan ənənəvi televiziya və video məzmunu hələ də əyləncə və media sənayesinin ən böyük istehlakçı seqmentidir (219 mlrd. dollar), lakin önümüzdəki 5 il ərzində bu seqmentin azalması davam edəcək (orta hesabla 1,2%).
Xatırladaq ki, “PwC” görə, qlobal əyləncə və media sənayesinin gəlirləri keçən il 3,8% azalaraq 2019-cu ildəki 2,1 trln. ABŞ dollarından 2 trln. dollara düşüb. Bu, “PwC”nin 22 illik araşdırmalarındakı ən böyük azalmadır. “PwC” qlobal əyləncə və media bazarının rəqəmsal məzmuna və reklama olan tələbat sayəsində 2021-ci ildə 6,5%, gələn il isə 6,7% böyüyəcəyini gözləyir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button